Raul Kastro: ABŞ-la diplomatik əlaqələrin bərpası Kubada kommunist rejiminin sonu deyil

Raul Kastro: ABŞ-la diplomatik əlaqələrin bərpası Kubada kommunist rejiminin sonu deyil Kastro çıxışını “Yaşasın Fedel” deyə bitirib
Digər ölkələr
21 Dekabr , 2014 02:03
Raul Kastro: ABŞ-la diplomatik əlaqələrin bərpası Kubada kommunist rejiminin sonu deyil

Bakı. 21 dekabr. REPORT.AZ/ Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obamanın Kuba ilə diplomatik əlaqələrin bərpası qərarını alqışlasa da, bunun Kubada kommunist rejiminin sona çatması demək olmadığını bildirib.

"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, Kubanın Milli Assambleyasında çıxış edən dövlət başçısı gələn ay Havanaya səfər edəcək Amerika rəsmiləri ilə geniş əhatəli məsələlərin müzakirəsinə hazır olduğunu deyib.

Raul Kastro aprel ayında Panamada keçiriləcək Ameritka sammitində iştirak edəcəyini təsdiqləyib.

Kuba prezidenti ölkəsində kommunizmin çiçəklənməsi üçün iqtisadi islahatlar proqramını sürətləndirəcəyini, lakin bunun tədricən həyata keçiriləcəyini bildirib.

Kastro çıxışını “Yaşasın Fedel” deyə bitirib.

Son xəbərlər

Orphus sistemi