Ramzan Kadırov: "Qroznıdakı Mətbuat evində altı terrorçu öldürülüb"

Ramzan Kadırov: "Qroznıdakı Mətbuat evində altı terrorçu öldürülüb" Şəhərdə əks-terror əməliyyat rejimi elan olunub
Digər ölkələr
4 Dekabr , 2014 10:47
Ramzan Kadırov: Qroznıdakı Mətbuat evində altı terrorçu öldürülüb
Bakı. 4 dekabr. REPORT.AZ/ Qroznıdakı Mətbuat Evində təcrid olunan altı terrorist öldürülüb, əməliyyat son mərhələdədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov bəyan edib. 

Bir müddət əvvəl hüquq-mühafizə orqanlarından "RİA Novosti"yə bildiriblər ki, qanunsuz silahlı dəstənin olduğu avtomobili saxlamaq istəyərkən üç polis həlak olub. Yaraqlılar Qroznı şəhərinin mərkəzində yerləşən Mətbuat Evində gizləniblər. Milli Antiterror Komitəsi terrorçuların təcrid olunması və hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşının ölüm faktını təsdiqləyib. Şəhərin mərkəzində əks-terror əməliyyat rejimi elan olunub.

Son xəbərlər

Orphus sistemi