Ramazan bayramını bu gün qeyd edən ölkələrdə bayram namazı qılınıb - FOTO

Ramazan bayramını bu gün qeyd edən ölkələrdə bayram namazı qılınıb - FOTO Bəzi ölkələrdə məscid ətrafında təhlükəsizlik tədbirləri diqqəti cəlb edib
Digər ölkələr
17 İyul , 2015 15:45
Ramazan bayramını bu gün qeyd edən ölkələrdə bayram namazı qılınıb - FOTO

Bakı. 17 iyul. REPORT.AZ/ Ramazan bayramını bu gün qeyd edən ölkələrdə bayram namazı qılınıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda, Serbiyanın paytaxtı Belqradda, Balkanların ən kiçik ölkəsi Monteneqroda, Makedoniyanın paytaxtı Skopyedə, Xorvatiyanın paytaxtı Zaqrebdə, Albaniyanın paytaxtı Tiranda, Almanyanın Köln şəhərində, Rusiyanın paytaxtı Moskvada, Qırğızıstanın paytaxtı Bişkekdə, Qətər, Avstraliyada müsəlmanlar bayram namazı üçün toplaşıblar.

Qılınan namazdan sonra insanlar bir-birləri ilə bayramlaşıblar. 

Qeyd edək ki, bəzi ölkələrdə məscidlər ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi diqqəti cəlb edib. 

Son xəbərlər

Orphus sistemi