Bakı. 17 noyabr. REPORT.AZ/ Qvineyada Ebolaya yoluxmuş sonuncu xəstə də sağalıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, müalicə kursundan sonra xəstədən iki dəfə nümunə götürülüb və hər iki halda nəticə mənfi olub.
Virus 2014-cü ilin fevralında Qvineyada, ardınca qonşu Siyerra-Leone və Liberiyada qeydə alınıb.
Epidemiya yayılmağa başlayandan bu ölkələrdə ümumilikdə 11 mindən çox insan həlak olub.