​Qvatemalada iğtişaşlar zamanı ən azı 20 nəfər yaralanıb

​Qvatemalada iğtişaşlar zamanı ən azı 20 nəfər yaralanıb Yerli sakinlər kommunal ödənişlərin artırılmasına etiraz ediblər
Digər ölkələr
18 Fevral , 2016 06:47
​Qvatemalada iğtişaşlar zamanı ən azı 20 nəfər yaralanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Ötən gün Qvatemalada yerli sakinlərin kommunal tariflərin artırılması ilə əlaqədar keçirdiyi etiraz aksiyası ən azı 20 nəfərin yaralanması ilə nəticələnib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.

Polisin məlumatına görə, səhər saatlarından ölkə paytaxtının Vilya-Nueva rayonunun sakinləri Sakit okeana gedən yolun qarşısını kəsiblər. Onları su pulunun üç dəfə, həmçinin zibil daşınması tariflərinin artırılması qəzəbləndirib.

"Prensa Libre" portalı yazır ki, yolun bağlanmasından sonra hadisə yerinə polis əməkdaşları gəlib. Etirazçılarla dialoq alınmayıb. Onlar maşın təkərlərini yandırıblar. Bundan sonra asayiş keşikçiləri gözyaşardıcı qaz ilə aksiyanı dağıtmağa başlayıb. Aksiya iştirakçıları buna etiraz olaraq polislə qarşıdurmaya giriblər.

Son xəbərlər

Orphus sistemi