​Qiyamçılar Rusiyanın Yəməndəki konsulluğunun binasına basqın ediblər

​Qiyamçılar Rusiyanın Yəməndəki konsulluğunun binasına basqın ediblər Silahlılar qapını sındıraraq, binanın içinə girib, oradan texnika və sənədləri aparıblar
Digər ölkələr
2 Aprel , 2015 11:28
​Qiyamçılar Rusiyanın Yəməndəki konsulluğunun binasına basqın ediblər

Bakı. 2 aprel. REPORT.AZ/ Husilər Yəmənin Ədən şəhərində Rusiyanın Baş Konsulluğuna basqın ediblər.

"Report" xəbər verir ki, "RİA Novosti" bu haqda məlumat yayıb.

Qiyamçılar konsulluğun binasını qarət ediblər.

Yerli sakinlər bildirib ki, konsulluğa basqın edənlər husi qiyamçıları və keçmiş prezident Əli Abdulla Salehinin tərəfdarları olub. Onların sözlərinə görə, qiyamçılar qapını sındıraraq, binanın içinə girib, oradan, texnika və sənədləri daşıyaraq, maşına yüklədikdən sonra naməlum istiqamətə hərəkət ediblər.

Son xəbərlər

Orphus sistemi