​Qırğızıstanda daha 3 təşkilat terrorçu elan edilib

​Qırğızıstanda daha 3 təşkilat terrorçu elan edilib Respublikada 10-dan artıq belə təşkilatın, o cümlədən "Hizbu - Təhrir", "Özbəkistan İslam Hərəkatı"nın fəaliyyəti yasaqlanıb
Digər ölkələr
15 May , 2015 12:30
​Qırğızıstanda daha 3 təşkilat terrorçu elan edilib

Bakı. 15 may. REPORT.AZ/ Qırğızıstanın Baş Prokurorluğu İslam dini adı altında fəaliyyət göstərən üç təşkilatın - "Cəbhət-ən-Nusra", "Katibat əl-İmam əl-Buxari", "Jannat Oşiqlari"nin fəaliyyətini qadağan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, bu qruplaşmalar ölkə ərazisində terrorçu təşkilat elan edilib. Qırğızıstan xüsusi xidmət orqanları bildirib ki, onlar 2006-cı ildə yerli "əl-Qaidə"nin başçılığı ilə İraqdan gələn 11 radikal qruplaşma tərəfindən yaradılıb.

Baş Prokurorluğun məlumatına əsasən, Bişkek məhəkəməsi İŞİD-in Qırğızıstan ərazisində fəaliyyətinin yasaqlanması ilə bağlı təqdimata baxır.

Bir müddət öncə Qırğızıstan Daxili İşlər Nazriliyi Suriyada silahlı qruplaşmalarda Qırğızıstanın 330 vətəndaşının, o cümlədən qadınların döyüşdüyün bildirmişdi.

Qeyd edək ki, Qırğızıstan ərazisində 10-dan artıq belə təşkilatın, o cümlədən "Hizbu - Təhrir" , "Özbəkistan İslam Hərəkatı"nın fəaliyyəti qadağan edilib.  

Son xəbərlər

Orphus sistemi