Qırğızıstan prezidenti səhhətinə görə məzuniyyətə çıxıb

Qırğızıstan prezidenti səhhətinə görə məzuniyyətə çıxıb Məzuniyyət oktyabrın 1-dək davam edə bilər
Digər ölkələr
20 Sentyabr , 2016 13:11
Qırğızıstan prezidenti səhhətinə görə məzuniyyətə çıxıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

"Prezident Almazbek Atambayev tibbi müayinənin keçirilməsinin zəruriliyi ilə əlaqədar qısamüddətli məzuniyyət götürüb", - deyə məlumatda qeyd olunub.

Prezident Administrasiyasının məlumatına görə, məzuniyyət oktyabrın 1-dək davam edə bilər.

Xatırladaq ki, dünən Qırğızıstan prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib.

Son xəbərlər

Orphus sistemi