​Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu

​Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində imzalanıb
Digər ölkələr
7 Avqust , 2015 02:54
​Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü oldu

Bakı. 07 Avqust. REPORT.AZ/ Qırğızıstan Avrasiya İqtisadi İttifaqının (Aİİ) tamhüquqlu üzvü olub.

"Report" xəbər verir ki, müvafiq məlumat Avrasiya İqtisadi Komissiyası tərəfindən yayılıb.

"Avqustun 6-sı Qırğızıstanın Aİİ-yə qoşulması barədə müqavilə qüvvəyə minir. Qırğızıstan Ermənistan, Belarus, Qazaxıstan və Rusiyadan sonra Aİİ-nin beşinci tamhüquqlu üzvü olur", - deyə məlumatda qeyd olunub.

Qoşulma haqqında müqavilə 23 dekabr 2014-cü il tarixində, müqavilənin ayrılmaz hissəsi olan protokollar isə bu ilin 8 may tarixində imzalanıb.

Son xəbərlər

Orphus sistemi