​Qəzzada mərminin partlaması nəticəsində 15 nəfər yaralanıb

​Qəzzada mərminin partlaması nəticəsində 15 nəfər yaralanıb Partlayış hərbçilər mərmini zərərsizləşdirən zaman baş verib
Digər ölkələr
15 May , 2015 01:38
​Qəzzada mərminin partlaması nəticəsində 15 nəfər yaralanıb

Bakı. 15 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Qəzza zolağında partlayış baş verib.

"Report" xəbər verir ki, Fələstin mənbələrinin məlumatına görə, Qəzza zolağının şimalında HƏMAS-ın hərbi bazalarından birinin yanında İsrailin "Sarsılmaz qala" əməliyyatları dövründən qalan mərmi aşkar edilib.

Partlayış HƏMAS-ın mühəndis bölməsi istehkamçılarının mərmini zərərsizləşdirməsi zamanı baş verib.

Nəticədə ən azı 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi