Bakı. 4 İyun. REPORT.AZ/ İsrailin cənub regionlarına ötən axşam Qəzza zolağından üç raket zərbəsi endirilib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, İsrail polisi raketlərin ölkə ərazisində partladığını təstiqləyib. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Heç bir qruplaşma bu raket zərbəsinə görə məsuliyyəti öz üzərinə götürməyib.