Qəzza zolağından İsrailə atılan raket məhv edilib

Qəzza zolağından İsrailə atılan raket məhv edilib Raket atıldığı an İsrailin Aşdod şəhərində həyəcan siqnalı eşidilib
Digər ölkələr
30 Sentyabr , 2015 02:28
Qəzza zolağından İsrailə atılan raket məhv edilib

Bakı. 30 sentyabr. REPORT.AZ Qəzza zolağından İsrailin cənub rayonları istiqamətində atılan raket “Dəmir Qübbə” adlı hava müdafiə sisteminə aid bir batareya tərəfindən məhv edilib.

“Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, raket atıldığı an İsrailin Aşdod şəhərində həyəcan siqnalı eşidilib.

Raketin qalıqlarının boş ərazilərə düşdüyü, can itkisi və yaralanmalara yol açmadığı deyilir.

Son xəbərlər

Orphus sistemi