​Avstraliyada ana 7 övladını qətlə yetirməkdə ittiham olunur

​Avstraliyada ana 7 övladını qətlə yetirməkdə ittiham olunur Uşaqların hansı şəraitdə qətlə yetirildiyi məlum deyil
Digər ölkələr
21 Dekabr , 2014 12:26
​Avstraliyada ana 7 övladını qətlə yetirməkdə ittiham olunur
Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 19-da Avstraliyanın Kerns şəhərindəki (Kvinslend ştatı) yaşayış evlərindən birində bir qadının yeddi övladının və bir bacısı uşağının meyiti tapılıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, eyni zamanda qadın özü də sinəsindən bir neçə bıçaq yarası alıb və xəstəxanaya yerləşdirilib.

Dekabrın 20-də xəstəxanada aparılan dindirilmədən sonra qadına qarşı ittiham irəli sürülüb.

Polis uşaqların - 2 və 14 yaşlarında olan oğlan və qızların hansı şəraitdə qətlə yetirildiyi barədə hələ ki, məlumat vermir. Lakin təhqiqat aparan müstəntiqlərdən birinin sözlərinə görə, başqa şübhəli şəxs yoxdur.

Bir çox avstraliyalılar uşaqların qətlə yetirildiyi evə gül, şam və oyuncaqlar aparırlar.

Son xəbərlər

Orphus sistemi