​Qətər 25 ildən sonra İraqa səfir təyin edib

​Qətər 25 ildən sonra İraqa səfir təyin edib Əmirlik 1990-cı ildə Səddam Hüseynin Küveytə hücumuna etiraz olaraq səfirliyini bağlamışdı
Digər ölkələr
11 Sentyabr , 2015 15:43
​Qətər 25 ildən sonra İraqa səfir təyin edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Qətər Əmirliyi 25 illik fasilədən sonra İraqa səfir təyin edib. "Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xatırladaq ki, rəsmi Doha 1990-cı ildə Bağdadda bağlanan səfirliyini bir müddət öncə açıb. Qətər Əmirliyi İraqın o vaxtkı prezidenti Səddam Hüseynin Küveytə hücumuna etiraz olaraq səfirliyini bağlamışdı.

Son xəbərlər

Orphus sistemi