Avropada ​Qərbi tənqid etdikləri üçün siyasi partiyalardan çıxarılanların sayı 3-ə çatıb

Avropada ​Qərbi tənqid etdikləri üçün siyasi partiyalardan çıxarılanların sayı 3-ə çatıb Tunaxan Kuzu: "Biz Mahinur Özdəmiri mövqeyinə görə təbrik edirik"
Digər ölkələr
1 İyun , 2015 20:41
Avropada ​Qərbi tənqid etdikləri üçün siyasi partiyalardan çıxarılanların sayı 3-ə çatıb

Bakı. 1 iyun. REPORT.AZ/ "Mahinur Özdəmiri sonunadək dəstəkləyəcəyik". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu mövqeyinə görə Niderland Sosial-Demokrat Partiyasının üzvlüyündən çıxarılan Tunaxan Kuzu bildirib.

O deyib: "Biz Mahinur Özdəmiri mövqeyinə görə təbrik edirik. Bu ədalətli davranışına görə onu dəstəkləyəcəyik". Tunaxan Kuzu bu ədalətsizliklə üzləşdiyini də vurğulayıb.

Qeyd edək ki, Mahinur Özdəmir "erməni soyqırımı" ifadəsini işlətmədiyi və Avropa dövlətlərini Türkiyəyə münasibətdə ikili standart siyasəti yürütdükləri üçün tənqid etdiyinə görə ötən həftənin sonunda üzvü olduğu Belçika Humanist Demokratik Mərkəz Partiyasından çıxarılıb. Bununla belə o, Avropa parlamentinin üzvü olaraq qalmaqdadır.

Niderland parlamentinin üzvü Tunaxan Kuzu da ötən il oxşar məsələ ilə bağlı Niderland Sosial-Demokrat Partiyasından çıxarılıb.

Ötən ilin noyabrında Niderland Sosial-Demokrat Partiyasının üzvü Səlcuq Öztürk də Qərbi Avropanı söz və fikir azadlığı sahəsində ikili standart siyasət yürütdüyü üçün tənqid etmişdi. Bu çıxışına görə o da üzvü olduğu siyasi partiya sıralarından çıxarılmışdı.

Xatırladaq ki, partiyalardan çıxarılan şəxslərin hər üçü türkdür.

Son xəbərlər

Orphus sistemi