​Qərbi Avropadan İŞİD-ə 500-dən çox qadın qoşulub

​Qərbi Avropadan İŞİD-ə 500-dən çox qadın qoşulub Onlar sonradan geri dönə bilmirlər
Digər ölkələr
28 Yanvar , 2015 11:37
​Qərbi Avropadan İŞİD-ə 500-dən çox qadın qoşulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Qərbi Avropadan olan 550-yə yaxın qadın Suriya və İraqda İŞİD sıralarına qoşulub.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən Strateji Dialoq İnstitutunun yaydığı hesabatda bildirilib.

İnstitutun məsələ ilə bağlı araşdırmasına əsasən, onların İŞİD-ə qoşulmalarına başlıca səbəb "savaşda iştirak etmək və cihadçılara ərə getmək istəyidir".

Hesbatda bildirilib ki, həmin qadınların çoxunun yeni həyatları haqda təsəvvürləri belə olmur. Lakin sonradan onlar geri dönə də bilmirlər. 

Son xəbərlər

Orphus sistemi