​Qərargah rəisi: "Suriya ordusu irimiqyaslı əməliyyata başlayıb"

​Qərargah rəisi: "Suriya ordusu irimiqyaslı əməliyyata başlayıb" Əli Abdullah Əyyub: "Ordu ötən illər ərzində təşəbbüsü əldə saxlayaraq, insan resursunu formalaşdırıb"
Digər ölkələr
8 Oktyabr , 2015 13:43
​Qərargah rəisi: Suriya ordusu irimiqyaslı əməliyyata başlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Suriya Silahlı Qüvvələri irimiqyaslı quru əməliyyatına başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Bəşşar Əsədə bağlı Silahlı Qüvvələrinin baş qərargah rəisi Əli Abdullah Əyyub bildirib.

"Bu gün Suriyanın hərbi qüvvələri terrorçu qruplaşmaları məhv etmək və yaşayış məntəqlərini azad etmək məqsədi ilə irimiqyaslı əməliyyata başlayıb. Ordu ötən illər ərzində təşəbbüsü əldə saxlayaraq, insan resursunu formalaşdırıb", -  o vurğulayıb.

Xatırladaq ki, ötən gün Bəşşar Əsədə bağlı ordunun Rusiyanın havadan dəstəyi ilə Hama bölgəsində quru əməliyyatlarına başladığı haqda xəbər yayılmışdı.

Hamanın şimalında döyüşən Suriya Azadlıq Ordusunun "Cəbhetuş-Şam" bölməsinin səhra komandiri Əhməd Cabir bildirmişdi ki, Rusiyanın bombardmanı B.Əsədə bağlı ordunun quru əməliyyatı ilə eyni vaxtda keçirilir.

Qeyd edək ki, B.Əsəd silahlılarının quru əməliyyatına başladığı və Rusiya qırıcılarının bombaladığı ərazinin Suriya Azadlıq Ordusunun nəzarəti altında olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi