​Qazaxıstanın qərbində antiterror əməliyyatı keçirilir, ölən və yaralananlar var

​Qazaxıstanın qərbində antiterror əməliyyatı keçirilir, ölən və yaralananlar var Qazaxıstanın qərbində antiterror əməliyyatı keçirilir, ölən və yaralananlar var
Digər ölkələr
5 İyun , 2016 17:38
​Qazaxıstanın qərbində antiterror əməliyyatı keçirilir, ölən və yaralananlar var

Bakı. 5 iyun. REPORT.AZ/ Qazaxıstanın Aktoba vilayətinin eyniadlı inzibati mərkəzi Aktoba şəhərində terrorçulara qarşı əməliyyat keçirilir. "Report"un məlumatına görə, bu barədə respublika Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, əməliyyatıln gedişində ölənlər və yaralananlar var.

DİN rəsmisi qeyd edib ki, naməlum silahlı şəxslər şəhərdə iki silah mağazasına, eləcə də Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər. Nəticədə mağazaların birinin satıcısı qətlə yetirilib, bir nəfər isə yaralanıb.

"Hərbi hissədə isə bir zabit və bir hərbi xidmətçi silahlı şəxslərin hücumunu dəf edərkən həlak olub. Doqquz hərbçi yaralanıb" – deyə Sadubayev bildirib.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsinin məlumatına görə, hücum edənlərdən biri saxlanılıb, üç nəfər öldürülüb, bir nəfər yaralanıb. Bir neçə cinayətkar isə qaçıb gizlənə bilib. Hazırda onların tutulması üçün tədbirlər həyata keçirilir.

"Hücum edənlər radikal qeyri-ənənəvi dini cərəyanların tərəfdarları olduğu güman edilir", - deyə Sadubayev əlavə edib.

DİN-in məlumatına görə, Aktoba şəhərində "antiterror əməliyyatı rejimi" elan olunub. "Şəhərdə əyləncəli iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Vətəndaşlara evdən çıxmaq məsləhət görülmür", - deyə nazirliyin rəsmi nümayəndəsi bildirib. 

Son xəbərlər

Orphus sistemi