Bakı. 19 sentyabr. REPORT.AZ/ Qazaxıstanın qərbində yerləşən Janaozen vilayətində neft tullantılarının axıdılması üçün nəzərdə tutulan anbarda yanğın başlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğının sahəsi ilkin qiymətləndirmələrə görə, min kvadrat metrə çatıb.
"Yanğının sahəsi 1000 kvadrat metr təşkil edir. Anbarın ümumi sahəsi təqribən 200 hektardır, dərinliyi iki metrdir", - deyə vilayət üzrə Fövqəladə Hallar Departamentindən bildirilib.