​Qazaxıstanda seçkilər öncəsi "sükut günü" elan olunub

​Qazaxıstanda seçkilər öncəsi "sükut günü" elan olunub İstənilən seçkiqabağı təşviqat qadağandır
Digər ölkələr
25 Aprel , 2015 00:15
​Qazaxıstanda seçkilər öncəsi sükut günü elan olunub

Astana. 25 aprel. REPORT.AZ/ Qazaxıstanda prezident seçkiləri öncəsi "sükut günü" elan olunub.

"Report"un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, "sükut günü" ölkədə prezidentliyə namizədlərin istənilən təşviqatı qadağandır.

100 metr məsafədə seçkiqabağı plakatların yerləşdirilməsi seçkiqabağı kampaniyanın aparılması qaydalarının pozulması hesab ediləcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti postu uğrunda "Nur Otan" partiyasından dövlətin hazırki və dəyişməz rəhbəri Nursultan Nazarbayev, Kommunist Xalq partiyasından Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi