Qazaxıstanda “Mi-2” vertolyotu qəzaya uğrayıb

Qazaxıstanda “Mi-2” vertolyotu qəzaya uğrayıb Tələfat barədə hələ ki, məlumat yoxdur
Digər ölkələr
24 Yanvar , 2016 07:10
Qazaxıstanda “Mi-2” vertolyotu qəzaya uğrayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Qazaxıstanın cənubunda yerləşən Jambıl vilayətində “Mi-2” vertolyotunun qəzaya uğradığı ehtimal edilir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Hadisə yerinə axtarış-xilasetmə işləri yerinə yetirmək üçün mütəxəssislər göndərilib.

Tələfat barədə hələ ki, məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi