Qazaxıstanda mənfi 40 dərəcə şaxta müşahidə olunur

Qazaxıstanda mənfi 40 dərəcə şaxta müşahidə olunur Məktəblərdə soyuq havaya görə tətil elan edilib
Digər ölkələr
24 Noyabr , 2014 11:17
Qazaxıstanda mənfi 40 dərəcə şaxta müşahidə olunur
Bakı. 24 noyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada havanın temperaturu mənfi 40 dərəcəyə qədər aşağı düşüb. Bu səbəbdən, paytaxtdakı uşaq bağçası və məktəblərdə tətil elan edilib. "Report" bu barədə inform.kz saytına istinadən məlumat verir.

Paytaxtda səhər saatlarında termometr mənfi 27 dərəcəni göstərdiyi halda, hidrometeoroloqlar havanın mənfi 40 dərəcə olduğunu deyiblər. Soyuq hava şəraiti səhər işə getmək istəyən insanlara ciddi problem yaradıb. Yolların buz bağlaması nəqliyyat vasitələrinin hərəkətində də müəyyən problemlərə səbəb olub.

Məktəblərdə tətil olması ilə bağlı qərar isə səhər saatlarında valideynlərin mobil telefonlarına bildiriş mesajı ilə gəlib.

Qeyd edək ki, ölkənin hidrometeoroloqları havaların soyuması ilə bağlı əhalini hələ keçən həftə xəbərdar etmişdi.

Son xəbərlər

Orphus sistemi