Bakı. 24 yanvar. REPORT.AZ/ Qazaxıstanın Jınbıl vilayətindəmülki helikopter qəzaya uğrayıb.
"Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, Rıskulov rayonunda qəzaya uğrayan Mİ-2 helikopterinin göyərtəsində olan bir nəfər ağır yaralanıb.
Yaralının bədəninin 50 faizinin yanığı diaqnozu ilə Taraz şəhər xəstəxanasına gətirildiyi bildirilir.
Qəzanın səbəbləri və helikopterdə ümumilikdə neçə nəfərin olduğu açıqlanmır.