Qazaxıstanda anti-terror əməliyyatı zamanı 4 nəfər öldürülüb, 7 nəfər saxlanılıb

Qazaxıstanda anti-terror əməliyyatı zamanı 4 nəfər öldürülüb, 7 nəfər saxlanılıb Digər cinayətkarların tutulması istiqamətində əməliyyat aparılır
Digər ölkələr
5 İyun , 2016 22:13
Qazaxıstanda anti-terror əməliyyatı zamanı 4 nəfər öldürülüb, 7 nəfər saxlanılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Qazaxıstanın qərbində yerləşən Aktobe şəhərində aparılan anti-terror əməliyyatı zamanı 4 cinayətkar öldürülüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, saxlanılanlardan ikisi yaralanıb. Hazırda digər cinayətkarların saxlanması üzrə kompleks əməliyyat-axtarış tədbirləri aparılır.

Məlumata görə, cinayətkarlar "Pallada" silah mağazasına silahlı hücum ediblər, orada satıcını və mühafizəçini qətlə yetiriblər. Onlar, həmçinin hadisə yerinə gələn üç polis əməkdaşını yaralayıblar. Mağazaya hücum zamanı cinayətkarlar tərəfindən bir müştəri öldürülüb, digəri isə yaralanıb. Polislə atışma zamanı canilərdən üçü öldürülüb, biri saxlanılıb.

"Cinayətkarlar hərbi hissəyə hücum etmək üçün marşrut avtobusu ələ keçiriblər, sürücü və sərnişinləri düşürüblər, ardınca avtobusla qapını taranlayıblar. Əraziyə girən canilər pərakəndə atəş açaraq 3 hərbçini öldürüb, altısını isə yaralayıblar. Silah tətbiq edən növbətçi qarovul tərəfindən onların hərbi hissə ərazisində irəliləməsinin qarşısı alınıb, daha sonra isə hadisə yerinə gələn sıravi polis dəstələri ilə bir cani zərərsizləşdirilib, biri yaralanıb, daha biri isə saxlanılıb", — deyə DİN rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi