​Qazaxıstan prezidenti əhalini Qərb məhsullarından imtina etməyə çağırıb

​Qazaxıstan prezidenti əhalini Qərb məhsullarından imtina etməyə çağırıb "Fua-qrasız, banansız da yaşamaq olar"
Digər ölkələr
8 Sentyabr , 2015 00:46
​Qazaxıstan prezidenti əhalini Qərb məhsullarından imtina etməyə çağırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarını Qərb məhsulları və istehlak mallarından imtina etməyə çağırıb.

"Report" "Tegrinews"a istinadən xəbər verir ki, bunu qazax lideri ölkənin Akmolin vilayətində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.

"Misal üçün, Qərb geyimi — onsuz da yaşamaq olar. Düzdür? Ümumiyyətlə bizim üçün zərərli olan fua-qrasız, banansız da yaşamaq olar", — deyə o bildirib.

Nazarbayev aqronomlarla görüşü zamanı onları ölkənin əsas qida təminatçıları adlandırıb və qeyd edib ki, Qazaxıstan sakinlərinin "geyimləri var", onlar bütün lazımi mallar ilə təmin olunublar və Qərb malları onlara lazım deyil.

Son xəbərlər

Orphus sistemi