Qazaxıstan MDB məkanında sənaye liderlərindən biri olmaq niyyətindədir

Qazaxıstan MDB məkanında sənaye liderlərindən biri olmaq niyyətindədir Qazaxıstan və Azərbaycan qarşılıqlı əməkdaşlıq sayəsində daha çox uğur əldə edə bilərlər
Digər ölkələr
8 Dekabr , 2014 13:55
Qazaxıstan MDB məkanında sənaye liderlərindən biri olmaq niyyətindədir
Astana. 8 dekabr. REPORT.AZ/ Postsovet məkanında müstəqillik əldə etdikdən sonra iqtisadiyyatını ayağa qaldırmaqla yanaşı, onun inkişfına nail olması ilə öyünə bilən çox az ölkə var. Həmin ölkələr arasında Qazaxıstanı xüsusi qeyd etmək lazımdır. 

1991-ci ildə müstəqillik əldə etdiyi andan ölkə dinamik inkişaf edir, infrastrukturunu tədricən bərpa edir və yeniləyir, sənaye və nəqliyyat potensialını gücləndirir. Qazaxıstanın inkişafı  ölkə prezidenti Nursultan Nazarbayevin "Nurlu Yol" konsepsiyası əsasında qurulub. 

Gələn ildən Qazaxıstanda növbəti beşillik iqtisadi inkişaf planının həyata keçirilməsinə başlanılacaq, bunun nəticəsində Qazaxıstan MDB məkanında sənaye liderlərindən biri olmaq niyyətindədir. Hazırda ölkədə iqtisadiyyatın inkişafına və kimya, tekstil sənayesi, kənd təsərrüfatı, İKT sahələrində layihələrin aktivləşdirilməsinə yönəlmiş 10 xüsusi iqtisadi zona fəaliyyət göstərir və yaradılma mərhələsindədir. Azad iqtisadi zonalar 2030-cu ilə qədər fəaliyyət göstərəcək, bundan sonra Qazaxıstan neft-qaz sənayesindən asılılığını minimuma endirmək niyyətindədir. 

Bundan başqa, Qazaxıstanda ölkəyə pul yatıran sərmayəçilərin qarşılaşa biləcəyi problemləri həll edən sərmayə ombudsmanı fəaliyyət göstərir. Belə problemlər sırasında korrupsiya və bürokratiyanı göstərmək olar. Qazaxlar öz nöqsanlarından danışmağa çəkinmirlər, lakin "KAZNEX INVEST JSC"-nin İdarə Heyətinin sədri Kayrat Karmanovun bəyanatına görə, dövlət bu neqativ halların aradan qaldırılması üçün müəyyən addımlar atır.  

Qazaxıstan dünyada ən iri neft və qaz istehsalçılarından biridir, buna baxmayaraq, ölkənin yalnız neftən asılı olmasını demək olmaz. 2006-cı ildən neftin satışından əldə olan vəsait büdcəyə deyil, Azərbaycan Dövlət Neft Fondunun analoqu olan xüsusi fonda daxil olur. Fondda yığılan bütün vəsait müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir. Bundan əlavə, ölkə alternativ enerji mənbələrinin istifadəsi üzrə proqramları inkişaf etdirir.  

2015-ci ilin yanvar ayının 1-dən Qazaxıstan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olur. Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Yerlan Karin qeyd edib ki, Qazaxıstanın Birliyə daxil olması ölkənin gələcək iqtisadi inkişafı üçün yeni imkanlar açır və RF barəsində sanksiyaları nəzərə alaraq, Qərb və Rusiya arasında körpü rolunu oynamağa imkan yaradacaq. 

Qazaxıstan nəqliyyat infrastrukturunun yaradılmasında ən fəal ölkələrdən biridir. Dekabr ayının 2-də Qazaxıstan-Türkmənistan-İraq dəmir yolu açılıb. Gələn il Şərqi Avropa və Çin arasında növbəti nəqliyyat layihəsinin istismara verilməsi nəzərdə tutulub. Bundan başqa, "EKSPO-2017" beynəlxalq sərgisinin keçirilməsi ilə əlaqədar Astana Hava Limanının yeni  terminalının tikintisi nəzərdə tutulub. 

Bununla əlaqədar Qazaxıstan sərmayəçiləri cəlb edir və Azərbaycana çox oxşayır - hər iki ölkə eyni problemlərlə mübarizə aparır, bənzər layihələr həyata keçirir, eləcə də öz regionunda lider mövqelərini tutub. Həm Qazaxıstan, həm Azərbaycan sənaye inkişafının liderlə, regionda əsas turizm istiqamətləri, eləcə də dinlərarası, millətlərarası dialoqun mərkəzləridir. Qazaxıstan və Azərbaycan qarşılıqlı əməkdaşlıq sayəsində daha çox uğur əldə edə bilərlər.

Yuxarıda qeyd olunanları SSRİ Kommunist Partiyasının mərhum baş katibi Leonid Brejnevin Azərbaycan üçün dediyi məşhur ifadəsi ilə yekunlkaşdırmaq olar: "Qazaxıstan iri addımlarla irəliləyir!".  Bəli, Qazaxıstan son dərəcə böyük addımlarla irəliləyir və Azərbaycanla əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq. Necə deyərlər, bir baş iki başdan daha yaxşıdır. 

Son xəbərlər

Orphus sistemi