Bakı. 04 İyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Qananın paytaxtı Akkra şəhərinin mərkəzində yerləşən yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib.
"Report" xəbər verir ki, "MyJoyOnline" nəşrinin son məlumatlarına görə, faciə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.
Bununla yanaşı ölənlərin dəqiq sayını demək mümkün deyil, çünki xilasedicilər məntəqənin dağıntıları altından və yanmış maşınların içindən insan meyitləri tapmaqda davam edirlər.