​Qanada sərnişin avtobusu ilə yük maşını toqquşub, 61 nəfər ölüb

​Qanada sərnişin avtobusu ilə yük maşını toqquşub, 61 nəfər ölüb Qəzaya avtobusda əyləc sisteminin işləməməsi səbəb olub
Digər ölkələr
19 Fevral , 2016 05:40
​Qanada sərnişin avtobusu ilə yük maşını toqquşub, 61 nəfər ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Qərbi Afrikada yerləşən Qana Respublikasında baş verən dəhşətli yol qəzası nəticəsində, son məlumatlara görə, 61 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, qəza sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verib. Həkimlər sərnişinlərin əksəriyyətinin hadisə yerində öldüyünü, 25 nəfərin sağ qaldığını bildiriblər.

İlkin məlumatlara görə, toqquşmaya avtobusda əyləc sisteminin işləməməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi