​Qaçqınlar Sloveniyada özlərindən sonra 100 ton zibil qoyub gediblər

​Qaçqınlar Sloveniyada özlərindən sonra 100 ton zibil qoyub gediblər Ən çox narahatlıq doğuran məqam miqrantların meşələri zibilləmələridir
Digər ölkələr
29 Oktyabr , 2015 07:40
​Qaçqınlar Sloveniyada özlərindən sonra 100 ton zibil qoyub gediblər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Miqrantlar Sloveniyada cəmi bir həftə ərzində özlərindən sonra 100 tondan çox zibil qoyub gediblər.

"Report" xəbər verir ki, bu barədə qaçqın düşərgələrindən birinin yerləşdiyi Brejitse icmasının nümayəndələri məlumat verib.

"Kommunal xidmət əməkdaşları qaçqınların çoxluğu üzündən bərbad vəziyyətdə olan miqrasiya düşərgələrinə də əl gəzdirməli olurlar. Bütün düşərgə boyu qida qalıqları, köhnə əşyalar, plastik kütlələr atılıb", - deyə bələdiyyə nümayəndələri bildiriblər.

Yerli icra orqanı qeyd edib ki, səliqə-səhman yaratmaq üçün miqrantların yerləşdiyi ərazilərdə zibillərin müntəzəm olaraq toplanması da daxil olmaqla bütün mümkün tədbirlər görülür. Bununla belə, bələdiyyədən qeyd olunduğuna görə, gəlmələr Avropa İttifaqında qəbul olunan tullantıların çeşidlənməsi qaydalarına kifayət qədər riayət etmirlər.

"Ən çox narahatçılıq doğuran məqam isə, miqrantların zibilləri meşələrdən keçərkən atmalarıdır ki, onların təmizlənməsinə nə qüvvə, nə də vəsait var", - deyə yerli hakimiyyət orqanından gileyləniblər. 

Son xəbərlər

Orphus sistemi