​Qaçqın probleminin həlli üçün Aİ Türkiyəyə bir milyard avro ayırıb

​Qaçqın probleminin həlli üçün Aİ Türkiyəyə bir milyard avro ayırıb "Fronteks" və "Avropol"a 600 milyon avro ayrılması razılaşdırılıb
Digər ölkələr
24 Sentyabr , 2015 09:30
​Qaçqın probleminin həlli üçün Aİ Türkiyəyə bir milyard avro ayırıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) sammitində qaçqın probleminin həlli üçün Türkiyəyə bir milyard, Makedoniyaya isə 700 milyon avro ayrılması barədə qərar qəbul edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunker quruma üzv dövlətlərin başçılarının görüşünün yekunundan danışarkən bildirib.

O, 2016-cı il üçün Avropa İttifaqı dövlətlərinə təcili yardım məqsədi ilə 100 milyon avro, sərhədlərin qorunması və təhlükəsizlik təmin edilməsi üzrə təşkilatlara - "Fronteks" və "Avropol"a 600 milyon avro ayrılmasını razılaşdırdıqlarını deyib: "200 milyon avro Ümumdünya Ərzaq Proqramına, 300 milyon avro isə qaçqınlara birbaşa yardım ayrılıb". 

Son xəbərlər

Orphus sistemi