Bakı. 24 dekabr. REPORT.AZ/ "Terrorçu İŞİD-ə qarşı mübarizədə Rusiya ilə Əfqanıstandakı "Taliban" hərəkatının maraqları üst-üstə düşür".
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xairci İşlər Nazriliyinin idarə rəisi Zamir Kabulov bildirib.
"Biz Əfqanıstana silah göndərməyə hazırıq, ancaq bunu ehtiyat və kommersiya maraqları əsasında edəcəyik. İŞİD-ə qarşı mübarizədə Rusiya ilə "Taliban" hərəkatının maraqları üst-üstə düşür. Əvvəllər də demişəm ki, bizim "Taliban"la informasiya mübadiləsi üçün xüsusi kanalımız var", - deyə, xüsusi təmsilçi vurğulayıb.
Zamir Kabulov qeyd edib ki, NATO-nun Əfqanıstandakı hərbçilərinin əfqan təhlükəsizlik qüvvələrinin hazırlığını Rusiyanın Müdafiə Nazirliyi "səmərəli saymır".