Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər, həmçinin iki ölkənin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatının həyata keçirilməsi gedişinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçıları Rusiya və ABŞ-ın Suriyaya Beynəlxalq Dəstək Qrupunun həmsədrləri kimi bu ölkədə hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatın həyata keçirilməsi gedişinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.