Putin: Rusiyanı qorxutmaq, saxlamaq və təcrid etmək mümkün olmayacaq

Putin: Rusiyanı qorxutmaq, saxlamaq və təcrid etmək mümkün olmayacaq "Rusiyada xarici xüsusi xidmətlərinin fəallığı artır"
Digər ölkələr
20 Dekabr , 2014 22:14
Putin: Rusiyanı qorxutmaq, saxlamaq və təcrid etmək mümkün olmayacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanları günü ilə bağlı Kremldə keçən təntənəli tədbirdə çıxış edərkən xarici kəşfiyyat xidmətlərinin fəallığının artdığını deyib.

"Yalnız əkskəşfiyyat xəttilə cari ildə xarici xüsusi xidmətlərin 230-dan artıq əməkdaşı və agentləri ifşa olunub”, - Rusiya prezidenti bildirib.

"Report" BBC-yə istinadla xəbər verir ki, Vladimir Putinin sözlərinə görə “Rusiyanı qorxutmaq, saxlamaq və təcrid etmək” mümkün olmayacaq.

“Bu indiyədək alınmayıb və alınmayacaq. Eyni zamanda biz müəyyən çətinliklərdən keçməyə hazır olmalıyıq və suverenliyimizə, sabitliyə və cəmiyyətimizin birliyinə yaranan hər hansı təhlükələrə adekvat cavab verməliyik”.

Rusiya lideri deyib ki, 2014-cü ildə Rusiya xüsusi xidmətlərinin fəaliyyəti nəticəsində “8 terror aktı daxil olmaqla 60-dan artıq terror istiqamətli cinayətlərin qarşısı alınıb”.

Son xəbərlər

Orphus sistemi