​Putin: "Rusiya bütün dövlətlərlə normal münasibətlərin tərəfdarıdır"

​Putin: "Rusiya bütün dövlətlərlə normal münasibətlərin tərəfdarıdır" "Biz heç kimi düşmən saymırıq və heç kimə bizi düşmən hesab etməyi tövsiyə etmirik"
Digər ölkələr
16 Aprel , 2015 17:43
​Putin: Rusiya bütün dövlətlərlə normal münasibətlərin tərəfdarıdır

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya həm şərqdə, həm də qərbdəki bütün dövlətlərlə normal münasibətlərin tərəfdarıdır. "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı bildirib.

"Biz hər zaman həm şərqdə, həm də qərbdəki bütün dövlətlərlə normal münasibətlərin olmasının tərəfdarı olmuşuq. Normal münasibətlərin bərpası üçün ən başlıca şərt Rusiyaya və onun maraqlarına hörmətdir", - V.Putin qeyd edib. 

Onun sözlərinə görə, öz müstəsnalığını iddia edən və özlərini yeganə güc mərkəzi hesab edən bəzi superdövlətlərə müttəfiqlər yox, vassallar lazımdır: "Mən Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Rusiya belə münasibətlər sistemində mövcud ola bilməz və bunu hamı dərk etməlidir". 

Prezident bildirib ki, Rusiya bəzi ölkə rəhbərlərinin tutduğu mövqelərinə baxmayaraq, hər zaman əməkdaşlığa hazırdır. 

Rusiyanın kimi düşmən hesab etməsi sualına cavab verən V.Putin qeyd edib ki, Rusiya üçün düşmən beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqdır: "Bundan başqa, biz heç kimi düşmən saymırıq və heç kimə bizi düşmən hesab etməyi tövsiyə etmirik". 

Son xəbərlər

Orphus sistemi