Vladimir ​Putinlə Con Kerrinin 3 saatdan artıq davam edən görüşü başa çatıb

Vladimir ​Putinlə Con Kerrinin 3 saatdan artıq davam edən görüşü başa çatıb Görüş əvvəlcə bir saat müddətinə planlaşdırılıb
Digər ölkələr
16 Dekabr , 2015 00:18
Vladimir ​Putinlə Con Kerrinin 3 saatdan artıq davam edən görüşü başa çatıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət katibi Con Kerri ilə Kremldə keçirilən görüşü başa çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, danışıqlar nəzərdə tutulan bir saat əvəzinə 3 saatdan çox davam edib.

Bundan əvvəl iki ölkənin xarici siyasət idarələri rəhbərləri Sergey Lavrov və Con Kerri arasında Suriya, Ukrayna və gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.

V.Putin qeyd edib ki, Rusiya və ABŞ ən mürəkkəb böhranların həlli yollarını axtarır. Prezident deyib ki, Rusiyanın XİN rəhbəri ona ABŞ-ın təklifləri və əlavə müzakirə tələb edən bir sıra məsələlər haqqında ətraflı məlumat verib.

C.Kerri isə bildirib ki, Suriya nizamlanması üzrə danışıqlar bir sıra yeni imkanlar açır və həm Rusiya, həm də ABŞ birlikdə çox məsələləri həll edə bilərlər. 

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi