Putin: "İqtisadiyyatda cari vəziyyətin düzəldilməsi üçün Rusiyaya 2 il lazım olacaq"

Putin: "İqtisadiyyatda cari vəziyyətin düzəldilməsi üçün Rusiyaya 2 il lazım olacaq" Rusiya iqtisadiyyatında cari vəziyyət xarici amillərdən asılıdır
Digər ölkələr
18 Dekabr , 2014 14:32
Putin: İqtisadiyyatda cari vəziyyətin düzəldilməsi üçün Rusiyaya 2 il lazım olacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ "İqtisadiyyatdakı vəziyyət xarici amillərdən asılıdır, eləcə də Rusiya iqtisadiyyatının diversifikasiyası üzrə lazımi tədbirlər görmədiyimizlə bağlıdır".

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib. 

Putin qeyd edib ki, bir müddət rublun məzənnəsinin əldə olunan azalmasını saxlamaq ehtimalına yol verir, lakin rublun yüksək faiz dərəcəsinin bu qədər uzun saxlanılmamasına ümidvar olduğunu bildirib. 

Onun sözlərinə görə, cari vəziyyətə həmçinin enerji daşıyıcılarının, xüsusilə də neftin ucuzlaşması təsir göstərir: "Hesab edirəm ki, Mərkəzi Bank və hökumət lazımi qaydada adekvat tədbirlər görürlər. Biz 2008-ci ildə kifayət qədər uğurla istifadə etdiyimiz tədbirləri tətbiq etmək niyyətindəyik. Sözsüz ki, vəziyyət belə davam edərsə, biz düzəlişlər etmək, müəyyən şeyləri azaltmaq məcburiyyətində olacağıq. Lakin inkişaf və bu vəziyyətdən çıxış labüddür. Dünya iqtisadiyyatının inkişafı davam edəcək, iqtisadiyyat inkişaf edəcək və Rusiya iqtisadiyyatı bu vəziyyətdən çıxacaq. İki il ərzində konyuktura dəyişəcək". 

RF prezidenti bildirib ki, ölkənin bu vəziyyətdən çıxması üçün "ən azı iki il tələb olunacaq".

Son xəbərlər

Orphus sistemi