​Puerto-Rikoda 700-ə yaxın insan Zika virusuna yoluxub

​Puerto-Rikoda 700-ə yaxın insan Zika virusuna yoluxub Xəstələrdən 65-i hamilə qadındır
Digər ölkələr
29 Aprel , 2016 22:36
​Puerto-Rikoda 700-ə yaxın insan Zika virusuna yoluxub

Bakı. 29 aprel. REPORT.AZ/Puerto-Rikoda Ziko virusuna 683 yoluxma hadisəsi qeydə alınıb. Xəstələrdən 65-i hamilə qadındır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, daha beş nəfərdə əzələləri zəiflədən və iflicə səbəb ola bilən nadir nevroloji xəstəlik - Qiyyena-Barre sindromu aşkarlanıb.

Ziko virusu ilk dəfə 1947-ci ildə Uqandada aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi