Bakı. 19 fevral. REPORT.AZ/ Yunanıstan parlamenti fevralın 18-də ölkənin yeni prezidentini seçib.
"Report" xəbər verir ki, yeni dövlət başçısı mühafizəkar Prokopis Pavlopulos olub.
Pavlopulos bundan əvvəl Yunanıstanın daxili işlər naziri vəzifəsində çalışıb. Onun namizədliyini 180 parlamentari dəstəkləyib.