​Prezidentliyə namizəd Marko Rubio ABŞ paytaxtındakı müsabiqələrdə qalib gəlib

​Prezidentliyə namizəd Marko Rubio ABŞ paytaxtındakı müsabiqələrdə qalib gəlib Bu, Florida senatorunun üçüncü qələbəsidir
Digər ölkələr
13 Mart , 2016 09:27
​Prezidentliyə namizəd Marko Rubio ABŞ paytaxtındakı müsabiqələrdə qalib gəlib

Bakı. 13 mart. REPORT.AZ/ ABŞ prezidentliyinə namizəd Marko Rubio Kolumbiya dairəsində Respublikaçılar partiyasından olan fəallar arasında keçirilən səsvermədə qalib gəlib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Kolumbiya dairəsi və ya Vaşinqton şəhəri ştatlardan heç birinə daxil deyil.

"New York Post" yazır ki, bu, Florida senatorunun artıq üçüncü qələbəsidir. Bundan əvvəl onu Puerto-Riko və Minnesot ştatlarından olan partiyadaxili nümayəndələr dəstəkləyiblər.

Rubio Amerika paytaxtında səsvermə zamanı partiyadan 10 nümayəndənin dəstəyini alıb. İkinci yeri və 9 nümayəndənin dəstəyini Ohayo qubernatoru Con Kasiç qazanıb. Digər respublikaçılar region nümayəndələrindən dəstək almayıblar.

Son xəbərlər

Orphus sistemi