Praqada “V4 + Baltiya-Skandinaviya” formatında görüş keçiriləcək

Praqada “V4 + Baltiya-Skandinaviya” formatında görüş keçiriləcək Çexiyanın V4-ə sədrliyi çərçivəsində “Vışeqrad + tərəfdaş dövlətlər” geniş formatında artıq bir neçə görüş keçirilib
Digər ölkələr
16 Mart , 2016 22:20
Praqada “V4 + Baltiya-Skandinaviya” formatında görüş keçiriləcək

Bakı. 16 mart. REPORT.AZ/ May ayında Çex Respublikasında Vışeqrad dördlüyü (V4), Baltik və Skandinaviya ölkələrinin nümayəndələrinin görüşü keçiriləcək. Bu barədə Çexiya diplomatiyasının başçısı Lubomir Zaoralek İsveçin xarici işlər naziri Marqo Valströmlə danışıqlardan sonra məlumat verib.

Xarici işlər nazirlərinin analojı formatda görüşü apreldə Latviyada keçiriləcək. CTK agentliyi xəbər verir ki, Baltik, Vışeqrad dördlüyü və Skandinaviya ölkələrinin əməkdaşlığı, məsələn, Rusiya, Ukrayna və Şərq Tərəfdaşlığı ölkələrinin münasibətləri və energetika təhlükəsizliyi məsələlərinə toxunmalıdır. 

Çexiyanın V4-ə sədrliyi çərçivəsində “Vışeqrad + tərəfdaş dövlətlər” geniş formatında artıq bir neçə görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi