​Praqa Pekinlə "qardaşlıqdan" imtina edib

​Praqa Pekinlə "qardaşlıqdan" imtina edib Tərəflər qarşılıqlı, ticarət, turizm və mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi imzalamalı idi
Digər ölkələr
23 Fevral , 2016 10:49
​Praqa Pekinlə qardaşlıqdan imtina edib

Bakı. 23 fevral. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqanın şəhər şurası Çinin paytaxtı Pekinlə "qardaş şəhər" olmaqdan imtina edib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Praqa vahid Çin siyasətini qəbul etmir və Tayvanı bu ölkənin ayrılmaz tərkib hissəsi saymır. Praqa Pekinlə qardaşlaşmış şəhər əməkdaşlığı razılaşmasını imzalmayacaq", - deyə, şəhər şurasının bəyanatında vurğulanıb.

Tərəflər qarşılıqlı, ticarət, turizm və mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi imzalamalı idi. Ancaq Praqa şəhər şurası bu müqaviləni imzalamqdan imtina edib. 

Son xəbərlər

Orphus sistemi