​Portuqaliya yəhudilərə vətəndaşlıq verən qanunu təsdiq edib

​Portuqaliya yəhudilərə vətəndaşlıq verən qanunu təsdiq edib Vətəndaşlıq istəyənlərin ərizələrinə yerli yəhudi təşkilatlarında, həmçinin hökumət qurumlarında baxılacaq
Digər ölkələr
29 Yanvar , 2015 23:29
​Portuqaliya yəhudilərə vətəndaşlıq verən qanunu təsdiq edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Portuqaliya hökuməti 500 il əvvəl Pireney yarımadasından qovulan yəhudilərin nəslindən olan sefardlara digər vətəndaşlıqdan imtina etmədən vətəndaşlıq hüququ verən qanun layihəsini təsdiq edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, arzu edənlərin ərizələrinə yerli yəhudi təşkilatlarında, həmçinin hökumət qurumlarında baxılacaq.

Arxivdən əldə edilən məlumata görə, 1492-ci ildə İspaniyadan qovulan təqribən 80.000 yəhudi sərhədi keçərək qonşu Portuqaliyada daldalanacaq tapıblar.

Portuqaliya kralı onlara sığınacaq verib, lakin dörd il sonra onlardan xristian dininə keçmələrini və ya ölkəni tərk etmələrini tələb edib. Daha bir neçə il sonra onların ölkədən çıxmasına qadağa qoyulub və yəhudilərin məcburi xaç suyuna salınması göstərişi verilib.

Son xəbərlər

Orphus sistemi