Poroşenko: "Kiyev Krımı hərbi deyil, iqtisadi yollarla qaytaracaq"

Poroşenko: "Kiyev Krımı hərbi deyil, iqtisadi yollarla qaytaracaq" "Krım mütləq yenə bizim olacaq"
Digər ölkələr
15 Sentyabr , 2014 09:58
Poroşenko: Kiyev Krımı hərbi deyil, iqtisadi yollarla qaytaracaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Rəsmi Kiyev Krımı hərbi yolla deyil, iqtisadi üsullarla qaytarmaq niyyətindədir". Report Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən "Yalta Avropa Strategiyası" görüşündə deyib.

"Deyirlər ki, biz Krımı itirmişik, lakin bu belə deyil. Krıma hərbi müdaxilə olub, amma Krım mütləq yenə bizim olacaq. Və ola bilsin ki, bu, hərbi yolla baş verməyəcək. Biz krımlıların zəkası uğrunda mübarizə aparacağıq. Mən əminəm ki, bizim ölkə müstəqil, demokratik və uğurlu olacaq. Krımın Ukraynaya inteqrasiyasının yeganə yolu bizdə həyatın daha yaxşı olduğunu göstərməkdir" - deyə, Poroşenko bəyan edib. Onun sözlərinə görə, Ukraynanın şərqindəki münaqişənin də bənzər həll yolları mövcuddur.

Ukraynada 2013-cü ilin sonunda başlayan siyasi böhran Krıma da toxunub. Əllərində Rusiyanın bayraqları olan naməlum şəxslər tərəfindən ARK parlament binasının silahlı işğalından sonra Krım Ali Sovetinin növbədənkənar plenar iclasında Ukraynanın tərkibindən çıxmaq haqqında qərar qəbul olunub. Bu il mart ayının 16-da Krım Muxtar Respublikasında referendum keçirilib. Referendumun legitimliyi nə Ukrayna, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. "Referendumun" nəticələrinə əsasən, Krım Rusiyanın tərkibinə daxil edilib. 

Son xəbərlər

Orphus sistemi