Bakı. 30 sentyabr. REPORT.AZ/ Hazırda Ukrayna əhalisinin ən azı 60 faizi NATO-ya üzvlük prosesini dəstəkləyir. “Report”un RİA “Novosti” agentiyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda Kolumbiya universitetində çıxışı zamanı Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
Dövlət başçısı qeyd edib ki, hələ iki il əvvəl NATO-ya inteqrasiya prosesinə ukraynalıların yalnız 16 faizi dəstək verirdi.
“Bir il əvvəl bu göstırici 50 faizə çatdı. Bu gün isə artıq 62 faizdir”, - deyən Poroşenko, ölkə vətndaşlarının dünya görüşünün tədricən dəyişdiyini vurğulayıb.