Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Donbas regionunda baş verən silahlı münaqişəni vətəndaş müharibəsi adlandırmaq olmaz.
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə,
Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynada nəzarət etdiyi ərazilərin həcmi 44 min kvadrat kilometr təşkil edir.
“Şübhəsiz, Ukraynaya qarşı müharibə aparılır. Qonşu dövlətlərə təsir imkanlarını saxlamaq məqsədi ilə Rusiya uzun illər boyunca öz ətrafında “gərginlik zolağı” yaradmağa çalışdı. Dağlıq Qarabağı, Dnestryanı bölgəni, Abxaziyanı, Cənubi Osetiyanı, Krımı və Donbası buna misal gətirmək olar”, - deyə Ukrayna prezidenti əlavə edib.