​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istəyib

​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istəyib "Silahlı polis missiyası münaqişənin həlli variantlarından biridir"
Digər ölkələr
2 Aprel , 2016 05:45
​Poroşenko Donbasa ATƏT hərbçilərinin yeridilməsini istəyib

Bakı. 2 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, ölkənin cənub-şərqində gedən silahlı münaqişəni ATƏT-in Donbasa göndərə biləcəyi silahlı polis missiyası həll edə bilər.

"Report" xəbər verir ki, bu barədə o Vaşinqtonda keçirilən nüvə sammitindən sonrakı brifinq zamanı bildirib.

"Problemin həlli variantlarından biri ATƏT-in silahlı polis missiyası şəklində beynəlxalq təhlükəsizlik komponentidir", — deyə Poroşenko əlavə edib.

O eyni zamanda qeyd edib ki, bunun üçün ATƏT-in müvafiq qərarı lazımdır.

Son xəbərlər

Orphus sistemi