Pompeo İraqda aviabazanın atəşə tutulmasından qəzəblənib

Pompeo İraqda aviabazanın atəşə tutulmasından qəzəblənib ABŞ-ın dövlət katibi Maykl Pompeo İraqda Balad təyyarə bazasının atəşə tutulmasına hiddətini ifadə edib.
Digər ölkələr
13 Yanvar , 2020 02:10
Pompeo İraqda aviabazanın atəşə tutulmasından qəzəblənib

ABŞ-ın dövlət katibi Maykl Pompeo İraqda Balad təyyarə bazasının atəşə tutulmasına hiddətini ifadə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün “Twitter”dəki səhifəsində yazıb.

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri İraq hakimiyyətini təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb. 

"İraq təyyarə bazasının daha bir raket atəşi haqqında xəbərlərdən qəzəbli", - o bildirib. 

Pompeo İraq hökumətini İraq xalqına hücumda təqsirkar olanları məsuliyyətə cəlb etməyə çağırıb. 

"Bu, İraq hökumətinə loyallıq göstərməyən qruplar tərəfindən İraqın suverenliyinin davam edilən pozulmaları qurtarmalıdır", - Amerika diplomatiyasının başçısı əlavə edib.

Daha əvvəl İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub. Atəş nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi