Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayır

Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayır Donald Tusk bu vəzifədə Belçikanın sabiq baş naziri Herman Van Rompeyi əvəz edib
Digər ölkələr
1 Dekabr , 2014 11:13
Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayır
Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabr ayının 1-dən Polşanın sabiq baş naziri Donald Tusk Avropa Şurası sədri vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Belçikanın sabiq baş naziri Herman Van Rompeyi əvəz edib.

 Donald Tusk avqust ayının 30-da Avropa Şurası sədri vəzifəsinə seçilib və bu gündən onun icrasına başlayıb. O üzv ölkələrin dövlət və hökumət başçılarını birləşdirən və ən mühüm strateji qərarları qəbul edən Aİ institutu - Avropa Şurasının ikinci daimi nümayəndəsi olacaq. 

H.V.Rompey 2009-cu ilin sonundan  bu vəzifənin icrasına başlayıb, 2012-ci ilin mart ayında növbəti 2,5 il üçün yenidən həmin vəzifəyə seçilib. Belçikanın sabiq baş naziri bildirib ki, öz siyasi karyerasını başa vurur və müəllimlik etmək niyyətindədir.  

Son xəbərlər

Orphus sistemi