Bakı. 22 iyun. REPORT.AZ/ Polşa prezidenti Bronislav Komorovski general Marek Tomaşitskinin ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə namizədliyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu haqda "Radio Polşa" məlumat yayıb.
Xəbərə görə, prezident B.Komorovski baş nazir Eva Kopaçın təklifi ilə bu addımı atıb. Ali Baş Komandan müharibə olacağı halda vəzifəsini icra edəcək.