Polşada prezident seçkilərinin tarixi açıqlanıb

Polşada prezident seçkilərinin tarixi açıqlanıb Prezident Bronislav Komarovskinin əsas rəqibi konservator Andjey Duda hesab olunur
Digər ölkələr
5 Fevral , 2015 01:26
Polşada prezident seçkilərinin tarixi açıqlanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Polşada növbəti prezident seçkiləri bu il mayın 10-da keçiriləcək. "Report" BBC-yə istinadla xəbər verir ki, bu barədə Polşa parlamentinin (Seym) sədri Radoslav Sikorski məlumat verib.

Onun sözlərinə görə, seçkilərdən iki gün əvvəl - mayın 8-də, Polşada İkinci Dünya Müharibəsindəki zəfərin 70 illiyi qeyd olunsa da yubiley tədbirləri seçki prosesinə heç bir təsir göstərməyəcək.

Ənənəyə əsasən İkinci Dünya Müharibəsində qələbə ilə bağlı mərasimlər Polşada və bir sıra Qərb dövlətində məhz mayın 8-ndə baş tutur, keçmiş Sovet İttifaqı ölkələrində isə bayram tədbirləri 9 mayda təşkil olunur.

Dövlət başçısı postuna namizədliyini yenidən irəli sürən hazırki prezident Bronislav Komarovskinin əsas rəqibi konservator Andjey Duda hesab olunur.

Son xəbərlər

Orphus sistemi